Ramil Səfərovdan Sarkisyana – CAVAB

“Çox eşitmişəm”…

“Çox eşitmişəm”.

Ermənistanda qondarma erməni soyqırımı ilə bağlı keçirilən tədbirlərin gedişində azərbaycanlı zabit Ramil Səfərova qarşı növbəti təhdidlər səsləndirilib.

Erməni yazar Aykazn Qaqriyan qondarma “erməni soyqırımı” ilə bağlı məqaləsinə “Serj Sarkisyanın Qorik Akopyana xüsusi tapşırıq verməsinə baxmayaraq o, hələ də sağdır” qeydini edib. Görünən budur ki, Ermənistan rəhbərliyi Azərbaycan bayrağını təhqir etdiyi üçün Macarıstanda R.Səfərov tərəfindən öldürülmüş Qurgen Markaryanın qisasını almaq niyyətindən əl çəkməyib.

Oxu.Az-ın məlumatına görə, musavat.com məsələ ilə bağlı Silahlı Qüvvələrimizdə xidmətini davam etdirən Ramil Səfərovun mövqeyini öyrənib.

Azərbaycanlı zabit bunları deyib:

“Açığı, belə qeyri-ciddi bir məsələyə mən heç bir şərh vermək istəməzdim. Mən əvvəllər də, indi də özümə qarşı erməni tərəfinin səsləndirdiyi hədə-qorxu dolu fikirləri çox eşitmişəm. Silahlı Qüvvələrin zabiti kimi, Azərbaycan vətəndaşı kimi ermənilərin bu cür sayıqlamalarına ümumiyyətlə fikir verməmişəm və indi də bu mövqedəyəm. Mən hazırda xidmət yerindəyəm və gündəlik fəaliyyətlərimizlə məşğuluq. Bir daha bildirirəm ki, bu cür absurd çağırışları ciddi qəbul etmək fikrim yoxdur və mətbuat işçilərini də buna səsləyirəm”.

www.oxu.az