Ermənistan KİV-də yayılan və İranın Rusiyadakı səfirinə aid edilən fikirlər İran-Azərbaycan və İran-Rusiya əlaqələrinin inkişafını istəməyən qüvvələrin işidir. Bunu İranın Moskvadakı səfirliyinin müşaviri Vəliyullah Zərgəri deyib.
“Səfirlik İranın Rusiyadakı səfiri Rza Səcadinin Ermənistanın “Noev kovçeq ” qəzetinə müsahibəsində Dağlıq Qarabağdan danışarkən, “Dağlıq Qarabağ hökuməti ” ifadəsini işlətməsi barədə məlumatları təkzib edir “, – səfirliyin müşaviri çərşənbə axşamı Moskvadan telefonla Trend-ə bildirib.
Ermənistanın “Noev kovçeq ” qəzeti İranın Rusiyadakı səfiri Rza Səcadi ilə təxribatçı müsahibə dərc edib. Həmin müsahibədə qəzet İran səfirinin ağzından Dağlıq Qarabağ separatçı rejiminin “tanınması “nı “qoparmağa ” ciddi səy göstərib…
Trend.