Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb

Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 140-220, Kiçik Qafqazın çaylarında 130-140, Lənkəran-Astara bölgəsi çaylarında 80-120, Naxçıvan Muxtar Respublikası çaylarında isə 50 faizini təşkil edir…

Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 140-220, Kiçik Qafqazın çaylarında 130-140, Lənkəran-Astara bölgəsi çaylarında 80-120, Naxçıvan Muxtar Respublikası çaylarında isə 50 faizini təşkil edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 130 m3/s olmaqla ongünlük normanın 78 faizini təşkil edir. Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 51 m3/s olmaqla, ongünlük normanın 74 faizini təşkil edir. Kür çayının aşağı axınında isə suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 3, Şirvanda 13, Salyanda 15, Bankədə 8 sm azalma, Araz çayının Novruzlu məntəqəsində isə 5 sm artım müşahidə olunub. Hazırda Surra məntəqəsində suyun səviyyəsi 387 sm, Şirvanda 254 sm, Salyanda 210 sm, Bankədə 215 sm, Araz çayının Novruzlu məntəqəsində isə 160 sm təşkil edir.

 

Apa.az