Türkiyəyə səfər edən Papa Fransiski 3 min nəfərə qədər təhlükəsizlik əməkdaşı qoruyur…
Türkiyəyə səfər edən Papa Fransiski 3 min nəfərə qədər təhlükəsizlik əməkdaşı qoruyur.
İŞİD terror qruplaşması Roma Papasını Türkiyədə öldürə bilər.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, bu barədə İngiltərənin “The Daily Telegraph” qəzeti məlumat yayıb.
Məlumatda deyilir ki, Vatikan İŞİD-in Papa Fransiskə müsəlman bir ölkədə sui-qəsd cəhd olacağından qorxur.
İngilis qəzet İraqın Vatikan səfiri Habib əl-Sədrin İtaliyanın “La Nazione” qəzetinə etdiyi xəbərdarlığı əsas götürərək bildirir ki, İŞİD-in təhdidlərini əsassız saymaq olmaz.
Qeyd edək ki, İŞİD bir neçə dəfə Vatikanı hədələyib və bayraqlarını Romada dalğalandıracaqlarını bəyan ediblər. Həmçinin İŞİD-in tərkibində çoxlu sayda Türkiyə vətəndaşının vuruşması və İŞİD-in Türkiyədə “ocaqların” olması barədə verdiyi hədələyici açıqlamaları da Roma Papasına qarşı terror ola biləcəyini deməyə əsas verir.
Qeyd edək ki, Roma Papasının Türkiyəyə səfəri başlayıb. Onun mühafizəsinə 3 min nəfərə qədər təhlükəsizlik əməkdaşı cəlb olunub.