Brent markalı neftin qiyməti bir barel üçün 52 dollara qədər ucuzlaşıb…
Brent markalı neftin qiyməti bir barel üçün 52 dollara qədər ucuzlaşıb.
Moskva birjasında satış zamanı avronun kursu 3,5 rubl yüksələrək 76 rubla çatıb.
Bu barədə birjadan bildirilib.
Oxu.Az xəbər verir ki, dollar 3 rubl bahalaşaraq 64 rubla çatıb.
Bazar ertəsi, yanvar ayının 5-də dollar 2,95 rubl artaraq 58,95 rubla çatıb, avro isə 3,2 rubl bahalaşaraq 71,86 rubl olub.
Yeni il və Milad bayramlarında Mərkəzi bank dolların kursunu 56,24 rubl, avronu isə 68,37 rubl dəyərində müəyyənləşdirib.
Rubl neftin qiymətinin ucuzlaşması fonunda sürətlə dəyərdən düşməyə davam edir. Brent markalı neftin qiyməti altı il ərzində ilk dəfə bir barel üçün 52 dollara qədər ucuzlaşıb. Bu, Səudiyyə Ərəbistanının fevral çatdırmalarının qiymətini artırmaq barədə qərar qəbul etdikdən sonra baş verib.