Onların əksər hissəsi Orta Asiya və Azərbaycandandır…
Onların əksər hissəsi Orta Asiya və Azərbaycandandır.
Rusiya qanunvericiliyini pozan təxminən bir milyon əcnəbiyə Rusiya ərazisinə girişinə qadağa qoyulub.
Oxu.Az İTAR-TASS-a istinadən xəbər verir ki, bu barədə 23 sentyabr tarixində Rusiyanın FMX rəhbəri Konstantin Romodanovski jurnalistlərə bildirib.
“Bu gün 990 mindən çox əcnəbinin Rusiyaya girişi yasaqlanıb: “Əlbəttə ki, MDB ölkələri – Özbəkistan (40 faiz), Tacikistan (20 faiz), Qırğızıstan və Azərbaycan siyahıya liderlik edirlər”, – Romodanovski bildirib.
K. Romadanovskinin sözlərinə görə, Rusiya qanunvericiliyini pozan əcnəbilərin ölkəyə girişini yasaqlayan avtomatik sistem effektli nəticə verib: “Biz bu il Mərkəzi Asiyadan kütləvi girişi çox azaltmışıq. Ölkəyə girişin qadağan olunması qeyri-qanuni miqrasiya və qeyri-qanuni əmək fəaliyyəti ilə bağlı səmərəli xəbərdarlıq tədbiri kimi özünü göstərib”, FMX rəhbəri yekunlaşdırıb.