Rusiya 4 Amerika ölkəsində öz bazasını açır

Rusiya Latın Amerikasında özünün hərbi bazalarını yerləşdirmək üçün danışıqları davam etdirir…

Rusiya Latın Amerikasında özünün hərbi bazalarını yerləşdirmək üçün danışıqları davam etdirir.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “La Nacion” qəzeti yayıb.

Qəzet Rusiyanın öz bazalarını Kuba, Venesuela və Nikaraquada yerləşdirmək istədiyini bildirib. Həmçinin Argentinanın bu ilin oktyabrında rus bazalarının öz ərazisində yerləşdirilməsinə razılıq verdiyi deyilib. Qəzet artıq Nikaraquada hərbi bazaların yerləşdirilməsi ilə bağlı imzalanmış müqaviləni Rusiyanın təsdiqlədiyini vurğulayıb.

 

/Publika/