Rusiya cənub qoşunlarını gücləndirməyə davam edir

Qoşunlara Mi-35M helikopterlərinin çatdırılması üzrə plan yerinə yetirilib…

Qoşunlara Mi-35M helikopterlərinin çatdırılması üzrə plan yerinə yetirilib.

Rusiyanın Cənub hərbi dairəsinin qoşunları (CHD) bu ilin əvvəlindən 738 ədəd yeni və müasir silah və hərbi texnika alıb.

Oxu.Az RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə məlumatı dairənin mətbuat xidməti yayıb.

“Cənub hərbi komandanlığının qarşısında duran əsas məsələlərdən biri, birləşmələrin və hissələrin müasir tipli silah və hərbi texnika ilə silahlandırılmasıdır. İlin əvvəlindən hərbi vilayətin qoşunlarına 738 ədəd yeni və müasir silah və hərbi texnika çatdırılıb”, – CHD bildirib.

Dövlət müdafizə sifarişi-2014 planı üzrə Qoşunlara Mi-35M helikopterlərinin çatdırılması tam yerinə yetirlib. Bu il Rostov vilayətində CHD ordu aviasiyası aviabazası Mi-35M helikopterləri alıb.  

Krasnodar vilayətində bazalaşan, 1-ci Cənubi hərbi dairəsinin 1-ci qarışıq qvardiya aviasiya diviziyasının hücum aviasiya alayı 16 ədəd Su-25SMZ təyyarəsi alıb. 

“Xəzər donanmasına dövlət sınaqlarını keçirmək üçün yerli gəmiqayırma məhsulu olan səkkiz ədəd yeni texnika daxil olub. Onların sırasında kiçik raket gəmiləri “Velikiy Ustyuq”, “Qrad Sviyajsk”, “Uqliç”, çoxfunksiyalı modul kateri, costik idarə sistemi ilə təmin edilmiş kompleks qəza-xilasedici reyd katerləri, xilasedici buksir gəmisi “SBS-45” və üzən kranlı gəmi “VTR-79 var”, – CHD-dən bildiriblər.

www.oxu.az