“Bu, əvəzolunmaz haldır”…
“Bu, əvəzolunmaz haldır”.
Hətta əgər neftin qiymətləri bir il ərzində ucuz qalmış olsa belə, bu, Azərbaycan manatı üçün təhlükə doğurmayacaq.
Oxu.Az xəbər verir ki, bu barədə RBK-TV telekanalının efirində “Renesans Kapital” investisiya şirkətinin baş iqtisadçısı, ekspert Oleq Kuzmin bildirib.
Neftin qiymətinin Azərbaycan iqtisadiyyatına təsirindən danışdıqda, kanalın efirində qeyd edilib ki, manat dünyada hətta dollardan belə ən möhkəm valyutalardandır.
Ekspertin sözlərinə görə, Azərbaycan valyutasının fenomeni və onun sabitliyinin dollara nisbətən möhkəmliyi böhran amillərindən asılı olmayaraq kurs rejimindən və ölkənin neftin qiymətinin yüksək olduğu zamanda yetərincə qızıl valyuta rezervlərini yığa bilməsindən ibarətdir. Bu vəsait lazım olduqda məhdudiyyətlə istifadə edilirdi, yaxşı zamanda isə rezervlər yenidən bərpa edilirdi.
“Müqayisə üçün – onların Mərkəzi bankında və milli fondda xarici valyuta vəsaitinin həcmi 50 milyard dollara yaxındır”, – o, əlavə edib.
Onun sözlərinə görə, Rusiyada rezervləri idxalın 16 ayı, Qazaxıstanda isə 50 ayı ödəyir.
Azərbaycanın ölkə ixraca istiqamət götürdüyü halda, manata marağına dair suala cavab verərkən, Kuzmin deyib ki, burada hər şey iqtisadiyyatın strukturundan asılıdır.
“Rusiya Federasiyasında ÜDM-də ixracın payı 30 faiz çərçivəsindədir. Azərbaycanda bu göstərici daha yüksəkdir. Rusiyada “Holland xəstəliyi” daha sürətlə inkişaf edir: bizdə idxal kəskin artır, büdcə zərər çəkir, işsizlik arta bilər ”, – deyən Kuzmin, qeyd edib ki, Azərbaycanda vəziyyət iqitsadiyyatın neft istiqamətli olduğu üçün daha sadədir, belə olan halda iqtisadiyyatın digər sahələri çox ziyan görmür.
Kanalın efirində böhranın səkkiz faizdən ibarət olduğu Rusiyanın fonunda, Azərbaycanda böhran ilə vəziyyət də qeyd edilib:
“Əlbəttə, bunun əsas səbəbi kurs ilə bağlı olduğunu düşünürəm. Manat təxminən 10 il ərzində möhkəmlənir, bu, əvəzolunmaz haldır. Faktiki olaraq, milli valyutada bütün idxal edilən mallar ucuzlaşır və bu da böhrana təsir edir”, – Kuzmin qeyd edib.
/Oxu.az/