“Hakimiyyət digər ölkələrdə saxlanılan vətəndaşlarının taleyini diqqətlə izləyir”…
“Hakimiyyət digər ölkələrdə saxlanılan vətəndaşlarının taleyini diqqətlə izləyir”.
Rusiya hakimiyyəti digər ölkələrdə saxlanılan vətəndaşlarının taleyini diqqətlə izləyir. Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanınx xarici işlər naziri Sergey Lavrov ilin yekunlarına həsr olunan mətbuat konfransında bəyan edib.
“Saxlanılmanın səbəbləri haqqında məlumat, vətəndaşlarımıza qarşı irəli sürülən ittihamların ağırlığının qiymətləndirilməsi, həbsdə saxlanma şəraiti, onlara qarşı həmin ölkənin planları əsasında Rusiyanın müvafiq ölkə ilə mövcud ikitərəfli münasibətləri çərçivəsində mövcud olan kanallarımız vasitəsilə müvafiq qərar qəbul edirik”, – nazir qeyd edib.
“Ermənistanda həbs olunmuş Azərbaycan əsilli Rusiya vətəndaşı (Dilqəm Əsgərov – red.) ilə bağlı məsələni biz Ermənistan tərəfi ilə müzakirə edəcəyik,” – Lavrov deyib.