Miqrasiya xəbərləriRusiya Federal Miqrasiya Xidmətinin rəisi: “2013-cü ildə Rusiyadan 215 min miqrant deportasiya olunub” September 23, 2013 2013-cü ilin əvvəlindən bu günə kimi Rusiyadan 215 min nəfər miqrant deportasiya olunub. Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Federal Miqrasiya Xidmətinin (FMX) rəisi Konstantin Romodanovski deyib. O bildirib ki, Rusiyada miqrant probleminin həlli üçün sərt tədbirlər görülüb və problemin həllində xeyli irəliləyiş əldə olunub: “Bu il tətbiq olunan miqrantlarla bağlı yeni siyasət sayəsində qanunu pozan miqrantlara qarşı müxtəlif maneələr yaradılıb. 2013-cü ilin yanvar ayından etibarən Rusiya ərazisində yaşamaq və çalışmaq istəyən miqrantların sayında kəskin azalma baş verib. İl başlayandan bu günə qədər 215 min nəfər miqrant ölkədən deportasiya edilib. Bu vəziyyət miqrantların qanunun tələblərinə tabe olmasına şərait yaradır”. K. Romodanovski 2010-cu ildə qüvvəyə minən qanunla Rusiyada qanuni olaraq fəaliyyət göstərən xarici vətəndaşların sayında artım baş verdiyini söyləyib: “Miqrantlara əmək fəaliyyətinə görə verilən lisenziyaların satışından dövlət büdcəsi 16 milyard rubl (506 milyon dollar) gəlir əldə edib”. /apa/ Related Posts Miqrantların Avropada ən çox üz tutduqları ölkə məlum oldu May 13, 2020May 13, 2020 Dövlət Miqrasiya Xidməti “#evdəqal” həştəqi ilə növbəti videoçarx hazırlayıb April 4, 2020April 3, 2020 Yunanıstanda miqrantların düşərgəsi koronavirusa görə karantinə alınıb April 2, 2020April 2, 2020 Post navigation Previous Article Sərsəngin harayı ” dünyaya çatırNext Article Nazirlər Kabineti 2014-cü il üzrə büdcə zərfinə daxil olan sənədlər toplusunun Azərbaycan prezidentinə təqdim olunması barədə qərar verib