Rusiya hərbi güc reytinqində ikincidir

Global Firepower-nə 50-dən çox amil daxildir…

Global Firepower-nə 50-dən çox amil daxildir.

Hərbi xərclər arasında çox böyük fərqə baxmayaraq, Rusiya hərbi potensialına görə dünyada ABŞ-dan sonra ikincidir.

Oxu.Az xəbər verir ki, bu barədə Business Insider-in Global Firepower Index araşdırmaları əsasında tərtib etdiyi cədvəldən məlum olur.  

Reytinqdə ilk yeri ABŞ tutur. Birləşmiş Ştatların hərbi büdcəsi ildə 612 mlrd. dolları ötür.

Hərbi potensialına görə Çin üçüncü yerdə olsa da, silahlanmaya xərclərinə görə, ABŞ-dan sonra ikinci yeri tutur.

İndeksə əsasən, Çinin hərbi büdcəsi 126 mlrd. dollar təşkil edir.

Hərbi gücünə görə reytinqdə ikinci yeri tutan Rusiya isə ildə müdafiəyə 76 mlrd. dollar pul xərcləyir.

Business Insider-in məlumatına görə, Rusiya artıq hərbi xərclərini artıraraq, 88 mlrd. dollara çatdırıb və öz arsenalını yeniləşdirməyi planlaşdırır.

Qeyd edək ki, Global Firepower indeksi aralarında hərbi büdcə, insan resursları, hərbi texnikanın sayı, həmçinin təbii resurslara çıxış olmaqla, 50-dən çox amili nəzərə alır.

www.oxu.az