Rusiya Lukaşenkonu Səddam Hüseynin taleyi ilə hədələdi

“Onların sonu hər kəsə məlumdur”…

“Onların sonu hər kəsə məlumdur”.

Rusiyanın Dövlət Dumasının beynəlxalq əlaqələr komitəsinin rəhbəri Aleksey Puşkov Belarus prezidenti Aleksandr Lukaşenkonu ABŞ ilə dostluqdan çəkinməyə çağırıb.

O, Birləşmiş Ştatlarla belə münasibətlərin “təhlükəli təcrübəsi” haqqında Twitter-də yazıb, Oxu.Az xəbər verir.

“[Slobodan] Miloşeviç, [Müəmmər] Qəddafi, [Səddam] Hüseyn ABŞ ilə dostluq etməyə çalışırdılar. Onların taleyi məlumdur. İndi ABŞ Lukaşenkoya “yeni münasibətlər” təklif edir. Təhlükəli təcrübədir…”, – deyə, Puşkov vurğulayıb.

Dekabrın 21-də Kiyevdə Lukaşenko və Ukrayna prezidenti Pyotr Poroşenko arasında danışıqlar baş tutub. Belarus lideri ukraynalı və belarusların qonşu, doğma olduqlarını, ölkəsinin isə Poroşenkonun istədiyi hər bir şeyi bir sutkaya tapacağını bildirib.

Dekabrın 17-də ABŞ-ın dövlət katibinin müavini Viktoriya Nuland bəyan edib ki, Belarus və Birləşmiş Ştatlar son bir neçə ildə ikitərəfli münasibətlərdə tərəqqiyə nail olublar. O, həmçinin ABŞ-ın Belarus ilə əməkdaşlıq üçün açıq olduğunu vurğulayıb.

www.oxu.az