Rusiya nümayəndə heyəti AŞPA-nın plenar iclasını tərk edib

 AŞPA-da Rusiya nümayəndə heyətinin səsvermə hüququnun dondurulması müzakirə olunur..

 AŞPA-da Rusiya nümayəndə heyətinin səsvermə hüququnun dondurulması müzakirə olunur

 

Strasburq. Fuad Qulubəyli – APA. Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasının plenar iclasında avstriyalı parlamentar Stefan Şennaxın hazırladığı “Əhəmiyyətli səbəblər üzündən Rusiya nümayəndə heyətinin təsdiq edilmiş səlahiyyətlərinin yenidən nəzərdən keçirilməsi” adlı hesabat ətrafında müzakirələr başlayıb. APA-nın sessiyanın gedişini izləyən Avropa müxbirinin xəbərinə görə, müzakirə zamanı Rusiya Federasiyasının qurumdakı nümayəndə heyəti assambleya zalını tərk edib.

 

Xatırladaq ki, hesabat Rusiyaya qarşı sanksiyaların tətbiqini, onun assambleyada səsvermə hüququndan məhrum edilməsini nəzərdə tutur.

/Apa/