Rusiyalı polkovnik: Müharibə başlasa Rusiya ermənilərin tərəfində olacaq

“Əgər Azərbaycan Ermənistana hücum etsə, biz dünya müharibəsinin şahidi olacağıq”…

“Əgər Azərbaycan Ermənistana hücum etsə, biz dünya müharibəsinin şahidi olacağıq”.

 

“Azərbaycan Ermənistana hücum etsə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Rusiyanın bu ölkədəki 102-ci hərbi bazası ermənilərin tərəfində münaqişəyə qoşulmalı olacaq”.

 

Oxu.Az ANS RPESS-ə istinadən xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin keçmiş mətbuat katibi, “Komsomolskaya pravda” qəzetinin hərbi icmalçısı, polkovnik Viktor Baranets deyib.

 

Onun sözlərinə görə rəsmi Kreml hazırda Dağlıq Qarabağ münaqişəsini həll etmək iqtidarında deyil. Ona görə də regionda vəziyyət ağır olaraq qalmaqdadır.

 

Onun sözlərinə görə bu, məhz Azərbaycanın Ermənistana hücum etdiyi üçün baş verməyəcək. Ümumiyyətlə KTMT blokuna üzv olan ölkələrin hər hansı birinə hərbi müdaxilə bu təşkilata qarşı hücum deməkdir.

 

“Dağlıq Qarabağ münaqişəsi Rusiya üçün əsas problemlərdən biridir və Moskva münaqişənin həllində maraqlıdır. Bir çox siyasətçilərin Dağlıq Qarabağ münaqişəsinin həllinin açarının Rusiyada olduğu, bu münaqişəni Rusiyanın yaratdığı barədə fikirləri əsassızdır. Münaqişəni SSRİ-ni dağıtmaq istəyən qüvvələr yaradıb”.

 

V.Baranetsin sözlərinə görə KTMT-nin Dağlıq Qarabağ münaqişəsinə müdaxiləsini Ermənistanın bu təşkilata üzvlüyü çərçivəsində nəzərdən keçirmək lazımdır:

 

“Lakin KTMT müqaviləsində Dağlıq Qarabağa dair heç nə deyilmir. Buna baxmayaraq əgər Azərbaycan Dağlıq Qarabağa hücum etsə, Rusiya yenə silah götürməli olacaq, çünki Kreml münaqişənin hərbi yolla həll edilməsini istəmir”.

 

/oxu.az/