Rusiyalıların dörddən biri Dağlıq Qarabağı “müstəqil dövlət” hesab edir

Sorğuda iştirak edənlərin 14%-i bu məsələnin silah tətbiq edilmədən həll olunacağına inanmırlar…

 

Sorğuda iştirak edənlərin 14%-i bu məsələnin silah tətbiq edilmədən həll olunacağına inanmırlar.

Təxminən 24% rusiyalı Dağlıq Qarabağı “müstəqil dövlət” hesab edir, bunu Ümumrusiya ictimai fikri tədqiqi Mərkəzinin sorğusunun nəticələri də təsdiqləyir.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, tədqiqat 56% rusiyalının Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasına inanır, sorğuda iştirak edənlərin yalnız 14%-i bu məsələnin silah tətbiq etmədən həllinin mümkün olmadığını hesab edir.

Sorğuda iştirak edənlərin 30%-inin isə münaqişənin həlli istiqamətində heç bir mövqeyi mövcud deyil.

Bununla yanaşı 45% rusiyalılar bir ay bundan öncə münaqişə zonasında vəziyyətin kəskinləşməsindən xəbərdardır, 10%-i mövcud vəziyyət barədə əhatəli məlumata malikdirlər, 35% isə sadəcə münaqişə barədə eşidiblər, amma detallardan xəbərsizdirlər.

Sorğuda iştirak edənlərin 52%-i yalnız sorğu zamanı Dağlıq Qarabağ ərazisində vəziyyətin kəskinləşməsindən xəbər tutdular.

www.oxu.az