“Dəvət qəbul edilib”…
“Dəvət qəbul edilib”.
Rusiya Federasiyası İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin irəvanlı kolleqası Aqvan Ovsepyanın dəvəti ilə bazar ertəsi İrəvana gələcək, Ermənistanın İK-nin mətbuat xidməti bildirib.
Məlumata əsasən belə razılaşma bazar ertəsi Ermənistan və Rusiyanın İK-nin rəhbərlərinin telefon danışığı zamanı əldə edilib.
“Tərəflər yanvar ayının 12-də Gümrüdə 102-ci hərbi bazanın hərbçisi Valeri Permyakovun ittiham edildiyi, Avetisyanlar ailəsinin 6 üzvünün qətlə yetirilməsi məsələsini müzakirə edib”, – “Novosti-Armeniya” agentliyi bildirib.
Xatırladaq ki, yanvar ayının 12-də 102-ci Rusiya hərbi bazasının yerləşdiyi Gümrüdə altı nəfərdən ibarət ailə qətlə yetirilib. Yeganə sağ qalan körpə reanimasiyadadır. Cinayətin törədilməsində günahkar bilinən Valeri Permyakov saxlanılıb və artıq günahını etiraf edib.
“Cinayət işinin fərqli olmasını nəzərə alaraq, Ovsepyan Bastrıkini Ermənistana dəvət edib. Dəvət qəbul edilib. RF İstintaq Komitəsinin sədrinin bu gün Ermənistana gələcəyinə dair razılıq əldə edilib”, məlumatda deyilir.