Cənub-şərq hərbi dairəsi məlumat yaydı…
Cənub-şərq hərbi dairəsi məlumat yaydı.
Rusiyanın Xəzər donanmasının “Dağıstan” və “Qrad Sviyajsk” raket gəmiləri oktyabrda Qazaxıstanın Hərbi Dəniz Qüvvələri ilə birgə təlimlər keçirəcək və üç xəzəryanı dövləti – Azərbaycan, İran və Qazaxıstanın limanına yan alacaqlar.
Oxu.Az xəbər verir ki, bu barədə İTAR-TASS-a Rusiyanın cənub-şərq hərbi dairəsindən bildiriblər.
“Oktyabrın əvvəlində gəmilər Xəzər dənizində hərbi xidmətə başlayacaqlar. 20 gün ərzində hərbi hazırlıqdan başqa, dənizçilər – beynəlxalq əməkdaşlığın inkişafı və möhkəmləndirilməsi məqsədi ilə – üç xəzəryanı dövlətin limanlarına səfər etməyi planlaşdırırlar”, – bu barədə mətbuat xidmətindən bildiriblər.
Xəzər donanması xarici nümayəndələrin görüşü üçün fəxri qarovul və hərbi orkestr, eləcə də gəmilərdə ekskursiyalar hazırlayırlar.
Aktau limanına səfər zamanı Qazaxıstanın hərbi-dəniz qüvvələri ilə birgə təlimlərin keçirilməsi planlaşdırılır. Səfər zamanı gəmilər ümumilikdə 1500 mil məsafə qət edəcəklər.