Rusiyanın qaz nəhəngi Türkiyə şirkətində pay almaq niyyətindədir

Sövdələşmə ilə şirkət Türkiyədə inhisarçı olacaq…

Sövdələşmə ilə şirkət Türkiyədə inhisarçı olacaq.

Rusiyanın “Qazprom” şirkəti antiinhisar qurumuna Türkiyənin “Akfel Gaz” treydinq şirkətində payın alınması üçün müraciət edib. Bu barədə “Vedomosti” qəzeti quruma istinadən yazıb. 

Oxu.Az-ın Rusiya KİV-nə istinadən verdiyi məlumata əsasən, sövdələşmənin baş tutması Rusiyanın qaz şirkətini Türkiyədə ən iri inhisarçı edəcək. 

Qeyd olunur ki, 2012-ci ildə illik 2.25 mlrd. kub metr qazın tədarük olunması üzrə 30 illik müqavilə imzalanıb. “Qazprom” idxalçı “Akfel Gaz”ın səhmlərini alaraq Türkiyəyə qazın illik idxalının 4.75 mlrd. kub metr həcminə nəzarət edəcək. 

Öncə məlum olub ki, Türkiyə Rusiya qazına əlavə güzəşt əldə edə bilər. 

www.oxu.az