Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun Salyan rayonunda keçirəcəyi vətəndaşları qəbul gününün tarixi dəyişdirilərək, mayın 30-dan mayın 29-na keçirilib…
Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun Salyan rayonunda keçirəcəyi vətəndaşları qəbul gününün tarixi dəyişdirilərək, mayın 30-dan mayın 29-na keçirilib.
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, S.Müslümov həmin gün saat 10:00-da Nazirliyin Salyan rayon Əhalinin sosial müdafiəsi mərkəzinin (ƏSMM) inzibati binasında Salyan, Neftçala, Biləsuvar və Cəbrayıl rayonlarının sakinlərini qəbul edəcək. Vətəndaşlar [email protected] elektron poçt ünvanı, habelə (012) 596-44-07 (Nazirliyin Ümumi şöbəsi), (021) 255-22-87 (Salyan rayon ƏSMM), (021) 263-32-10 (Neftçala rayon ƏSMM), (025) 295-00-35 (Biləsuvar rayon ƏSMM), (026) 384-35-88 (Cəbrayıl rayon ƏSMM) telefon nömrələri ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.
Neftçala, Biləsuvar və Cəbrayıl rayonlarından qəbula yazılmış vətəndaşların həmin rayonların ƏSMM-lərinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla Salyan rayonuna aparılıb-gətirilmələri təmin olunacaq.
Milli.Az