“20 Yanvar faciəsi hər zaman Avropa Şurası Parlament Assambleyasının diqqət mərkəzində olub, bununla bağlı müvafiq qətnamələr qəbul olunub”…
“20 Yanvar faciəsi hər zaman Avropa Şurası Parlament Assambleyasının diqqət mərkəzində olub, bununla bağlı müvafiq qətnamələr qəbul olunub”.
APA-nın xəbərinə görə, bunu Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.
S. Seyidov 20 Yanvar faciəsinin bundan sonra da AŞPA-da diqqət mərkəzində olacağını bildirib.
O, AŞPA Nazirlər Komitəsində Azərbaycanın gözlənilən sədrliyi barədə də danışıb.
2014-cü ilin yayından etibarən Azərbaycanın Nazirlər Komitəsində sədrlik edəcəyini xatırladan S. Seyidov Azərbaycanın sədrliyi ilə bağlı fəaliyyət planının razılaşdırılması istiqamətində iş getdiyini vurğulayıb.
/Apa/