Şəmkirdə “Azərbaycan regionları yeni inkişaf mərhələsi” müzakirə olunub

İqtisadiyyat və Sənaye Nazirliyinin təşkilatçılığı ilə Şəmkirdə “Azərbaycan regionları yeni inkişaf mərhələsində” mövzusunda tədbir keçirilib…

İqtisadiyyat və Sənaye Nazirliyinin təşkilatçılığı ilə Şəmkirdə “Azərbaycan regionları yeni inkişaf mərhələsində” mövzusunda tədbir keçirilib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, tədbirdə İqtisadiyyat və Sənaye Nazirliyinin, Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının, Gəncə-Qazax iqtisadi rayonuna daxil olan şəhər və rayonların icra hakimiyyətlərinin nümayəndələri, həmçinin regionda fəaliyyət göstərən 200-dən çox sahibkar iştirak edib. Tədbirdə regionların inkişafı siyasətinin qarşıdakı illərdə də davam edəcəyi və 2014-2018-ci illəri əhatə edəcək yeni “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın regionların inkişafında yeni mərhələ olacağı diqqətə çatıdırılıb.

 

Sia.az