Sarkisyan da türklərə başsağlığı verdi

Məlumatı Ermənistan prezidentinin mətbuat xidməti yayıb…

Məlumatı Ermənistan prezidentinin mətbuat xidməti yayıb.

Ermənistan prezidenti Serj Sarkisyan Somadakı mədən faciəsi ilə əlaqədar Türkiyə prezidenti Abdullah Gülə başsağlığı verib. 

Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, məlumatı Ermənistan prezidentinin mətbuat xidməti yayıb. 

Xatırladaq ki, ötən gün Türkiyənin Manisa vilayətinin Soma rayonundakı kömür mədənində faciə baş verib. Türkiyə enerji və təbii sərvətlər naziri Taner Yıldız yerli vaxtla saat 22.00-da (Bakı vaxtı ilə 00.00) jurnalistlərə verdiyi açıqlamada ölü sayının 275 olduğunu bildirib.

www.oxu.az