Sarkisyan Ramil Səfərovu öldürməyi əmr etdi

Erməni KİV-i onun “xüsusi tapşırıq” verdiyini yazır…

Erməni KİV-i onun “xüsusi tapşırıq” verdiyini yazır.

Bugünkü qondarma “erməni soyqırımı” ərəfəsində ermənilərin internet məkanında aşıb-daşan yalançı ah və fəryadları bitmir.

Amma bu canfəşanlıqda çox maraqlı faktlar üzə çıxır.

Ramil Səfərov əhvalatı deyəsən, “qədim və zülmlərə məruz qalan xalqın” yadından heç cürə çıxmır. Bu gün erməni saytlarının birində (lragir.am – red.) çox maraqlı bir informasiya gedib:

“Ramil Səfərovu qəhrəmanlaşdırıblar, bu günə qədər də sağ və salamatdır. Baxmayaraq ki, Serj Sarkisyan Qorik Akopyana (Ermənistan Respublikasının milli təhlükəsizlik xidmətinin direktoru – red.) “xüsusi tapşırıq” verib”.

Fərz edirik ki, “xüsusi tapşırıq” dedikdə Ramil Səfərovun “bu gün də” sağ-salamat olduğunu vurğulayarkən, hər halda onun yüksək təbəqəli görüşə çağırılacağı nəzərdə tutulmur.

Məntiqə görə cinayətkarlar ölkəsində prezident də cinayətkardır.

Bu informasiya öz xalqının tarixi komplekslərini xeyri üçün manipulyasiya edən, demaqogiya və əsassız bəyanatlarla vətəndaşlarının gözünə kül üfürən, əslində isə bir neçə ay bundan qabaq yüz minlərlə dolları cavanlaşma proseduruna xərcləyən və yalnız öz mənfəətini güdərək təlxəklik edən erməni prezidenti haqqında formalaşan fikri bir daha təsdiqləyir.

www.oxu.az