Sarkisyan türkləri düşmən hesab etmir

Onun nitqində Ərdoğanın müraciəti barədə bir söz deyilməyib…

Onun nitqində Ərdoğanın müraciəti barədə bir söz deyilməyib.

Ermənistan prezidenti Serj Sarkisyanın internet saytında 1915-ci il hadisələrinin ildönümünə həsr edilmiş tədbirlərdə iştirakı zamanı söyləyəcəyi nitqindən çıxarışlar verilib.

Oxu.Az AZE.az-a istinadən xəbər verir ki, Sarkisyanın nitqində Türkiyənin baş naziri Rəcəp Tayyib Ərdoğanın verdiyi başsağlığı və müraciəti haqqında bir söz deyilməyib.

“Mən ictimaiyyət qarşısında türk cəmiyyətini düşmən hesab etmədiyimizi bildirmək istəyirəm. Biz günahsız qurbanların qarşısında baş əyirik və o dövrdə erməni qonşularına yardım əli uzadan türklərin xatirəsini yad edirik. Bizim həmvətənlərimizə yardım edərək özünü və ailəsini təhlükə altında qoyanlara təşəkkür edirik” , – müraciətdə deyilir.

Bununla yanaşı, Sarkisyan bəyan edib ki, Türkiyə “tarixi biabırçılığı geridə qoymalı və dövləti ağır yükdən xilas etməlidir”.

www.oxu.az