“Schlumberger”də kütləvi ixtisarlar

Şirkətin gəlirləri kəskin azalıb…

Şirkətin gəlirləri kəskin azalıb.

Dünyada neft və qaz emalı sahəsində ən iri servis şirkəti olan Amerikanın “Schlumberger” şirkəti neftin qiymətlərinin aşağı düşməsi ilə əlaqədar 9 min əməkdaşını ixtisar etməyi planlaşdırır. 

Oxu.Az-ın Ria Novosti-yə istinadən verdiyi xəbərə görə, şirkət 2014-cü ilin dördüncü rübündə şirkətin gəlirlərinin kəskin azalması barədə məlumatın çıxmasından sonra ştatının azaldılması barədə planlarından məlumat verib. Göstərilən dövr ərzində gəlirlər 302 milyon dollar təşkil edib ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 82% azdır. 

Xərclər 6.2% artaraq 12.6 milyon dollar təşkil edib. Öncə “Schlumberger” bildirmişdi ki, neftin qiymətlərinin aşağı düşməsi ilə əlaqədar özünün kəşfiyyat donanmasının tərkibini yenidən nəzərdən keçirəcək. 

Planlaşdırılırdı ki, geofiziki və seysmik kəşfiyyat gəmilərinin sayı 2013-cü ilin sonunda müvafiq olaraq 15-dən 9-a və 8-dən 6-ya qədər azaldılacaq. Şelfdə emal karbohidrogenlərin emalı növlərindən ən bahalısıdır, buna görə də bəzi analitiklərin fikrincə, neftin aşağı qiymətləri sahəyə əhəmiyyətli dərəcədə təsir edə bilər və bu da öz növbəsində neft servisi şirkətlərinin investisiyalarının azalmasına gətirib çıxara bilər. 

www.oxu.az