“Baxmutka və Debaltsevo” yaşayış məntəqələrində vəziyyət mürəkkəbdir…
“Baxmutka və Debaltsevo” yaşayış məntəqələrində vəziyyət mürəkkəbdir.
Noyabrın 7-də Ukraynanın şərqində atəş nəticəsində 13 hərbçi yaralanıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Antiterror Əməliyyatları qərargahının informasiya şöbəsinin rəhbəri Vladislav Seleznyov bildirib.
Onun sözlərinə görə, separatçılar gün ərzində müxtəlif artilleriya sistemləri və “Qrad” qurğularından 25 dəfə atəşkəsi pozublar:
“Ən mürəkkəb vəziyyət Baxmutka və Debaltsevo” yaşayış məntəqələrində müşahidə edilir”.