Sergey Lavrov: Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli üçün öz səylərini davam etdirəcək

Rusiya ATƏT MQ-nin digər həmsədrləri ilə birlikdə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün səylərini davam etdirəcək. Trend-in məlumatına görə, bu barədə RF XİN-in rəhbəri Sergey Lavrov Moskvada brifinqdə bildirib. Xəbəri “Rossiya 24 ” telekanalı yayıb. Lavrovun fikrincə, məsələni praktiki cəhətdən ATƏT MQ-nin həmsədrləri həll etməlidirlər…

Rusiya ATƏT MQ-nin digər həmsədrləri ilə birlikdə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün səylərini davam etdirəcək. Trend-in məlumatına görə, bu barədə RF XİN-in rəhbəri Sergey Lavrov Moskvada brifinqdə bildirib. Xəbəri “Rossiya 24 ” telekanalı yayıb. Lavrovun fikrincə, məsələni praktiki cəhətdən ATƏT MQ-nin həmsədrləri həll etməlidirlər. Onun sözlərinə görə, bir neçə il ərzində ATƏT MQ həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün müqavilənin hazırlanması üzrə iş aparıblar, lakin tərəflər nizamlanma üzrə yekun sənədin bəndlərini razılaşdırmayıblar.

“2010-cu ilin mayında “səkkizlik ” sammitində Rusiya, ABŞ və Fransa Bakını və Yerevanı nizamlanma sənədini təsdiqləməyə çağıran bəyanat qəbul etdilər, lakin münaqişə tərəflərinin prezidentlərinin Kazan görüşündə sənəd təsdiqlənmədi “, – nazir deyib.

Lavrovun sözlərinə görə, danışıqların hazırkı mərhələsində Dağlıq Qarabağ münaqişəsi tərəflərinin nazirləri görüşürlər, iş davam edir və ATƏT MQ həmsədrləri tərəflərə nizamlanma üzrə sənədin qısaldılmış variantını təqdim ediblər, lakin hələlik nəticə yoxdur.

 

Trend.az