Sergey Lavrov: Ukraynada rus qoşunu yoxdur

Minsk razılaşmalarının vacibliyi önə çəkilib…

Minsk razılaşmalarının vacibliyi önə çəkilib.

Rusiya xarici işlər naziri Sergey Lavrov Rusiya qoşunlarının Ukraynanın şərqində yerləşdirilməsi ilə bağlı məlumatları təkzib edib. O, bu barədə Pekində ABŞ dövlət katibi Con Kerri ilə görüşdən öncə deyib, “İnterfaks” bildirib.  

ABŞ Dövlət Departamenti nümayəndəsi Cen Psakinin rus qoşunlarının Ukraynadakı mövcudluğuna dair sübut gətirə bilmədiyini deyən rusiyalı diplomat qeyd edib ki, Rusiya Ukraynada atəşkəs sazişinin tələblərinin yerinə yetirilməsi işində bilavasitə iştirak etmir.

Bununla belə S.Lavrov Minsk razılaşmalarının vacibliyini önə çəkib, habelə rəsmi Kiyevlə separatçıları ayrıcı xəttin çəkilməsi prosesini yekunlaşdırmağa çağırıb.

Noyabrın 4-də NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, alyansın nümayəndələri son zamanlar Rusiya qoşunlarının Ukrayna sərhədlərinə yaxınlaşdığını müşahidə ediblər. O, Rusiyanı yenidən Ukraynanın şərqində hərbçiləri dəstəklədiyini bildirsə də heç bir sübut gətirməyib.   

Noyabrın 6-da Kanada xarici işlər naziri Con Berd bəyan edib ki, onun ölkəsi Rusiya ordusunun Ukrayna sərhədlərinə yaxınlaşmasından narahatdır və Moskvanı dərhal yalnız sərhədyanı rayonlardan deyil, eləcə də müstəqil Ukraynadan çıxarmağa çağırıb.

Rusiya Müdafiə Nazirliyində Berdin, ABŞ və NATO-nun nümayəndələrinin bəyanatlarını əsassız adlandırıb, eləcə də Kanada XİN rəhbərliyinə şayiələrə inanmamağa çağırır.  

www.oxu.az