Bəyanatda məlumatın mənbəyi “Roberts” adı ilə göstərilib.
Şimali Koreya hakimiyyəti ABŞ-ı Afrika ərazisində bioloji silahı sınaqdan keçirməkdə və “Ebola” xəstəliyini yaymaqda ittiham edib.
Oxu.Az-ın Gazeta.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə The Independent nəşri məlumat yayıb.
KXDR-nin Mərkəzi İnformasiya Agentliyinin yaydığı bəyanatda iddia edilir ki, ABŞ-ın keçmiş prezidenti Reyqanın köməkçisi Amerikanın bioloji müharibəyə başlamaq üçün “Ebola” virusunu icad etdiyini bildirib.
Bəyanatda məlumatın mənbəyi “Roberts” adı ilə göstərilib. The Washington Post bu şəxsin iqtisadçı Pol Kreyq Roberts olduğunu ehtimal edir.
Qeyd edək ki, “Ebola” epidemiyası ilə əlaqədar Şimali Koreya hazırda turistlərin ölkəyə girişinə qadağa qoyub. Ölkəyə daxil olan digər şəxslər isə dərhal karantinə götürülür.