Şotlandiya müstəqilliyin bir addımlığında

Sentyabrın 18-i sorğu keçiriləcək…

Sentyabrın 18-i sorğu keçiriləcək.

“YouGov” xidməti və “Sunday Times” qəzetinin apardığı yeni sorğuya əsasən 51 faiz şotlandiyalı ölkələrinin Böyük Britaniyadan ayrılması tərəfdarı olduğunu bildirib. 

Oxu.Az-ın ANS PRESS-ə istinadən məlumatına görə, sorğu yenidən belə nəticə versə, şotlandların Böyük Britaniyadan ayrılmaq istəkləri üstünlük təşkil etdiyi üçün 2016-cı ilə Şotlandiya müstəqil dövlət olacaq. Bu barədə “Agence France-Presse” bildirib.

Sentyabr ayının 18-də keçirilən sorğunun nəticəsi müsbət olarsa, 24 mart 2016-cı ildə Şotlandiya müstəqil dövlət olacaq.

Qeyd edək ki, Şotlandiya (İngiliscə: Scotland) — Böyük Britaniya adasının şimal hissəsində yerləşir və Böyük Britaniya krallığına daxil olan tarixi və inzibati ərazidir. Paytaxtı Edinburqdur. Ən böyük şəhəri isə Qlazqodur. 

www.oxu.az