“Ermənistan itlər yurdudur”…
“Ermənistan itlər yurdudur”.
Qoy, erməni millətinin nümayəndələri məqalənin adı ilə onları təhqir etmək istədiyimi düşünməsinlər. Mən hər şeyi növbəti abzasda anlatacam, sadəcə ilkin olaraq demək istəyirəm ki, bu, sadəcə məqalə deyil, bu, ümumilikdə Azərbaycan xalqına mənim məktubumdur.
Rusiya telekanallarına baxırsınız? – “İtlər planeti” adlı veriliş var. Buraxılışların birində aparıcı Ermənistana gəlir. Onu erməni it yetişdirənlər klubunun sədri qarşılayır. Gəlişləri üçün təşəkkür edir, Ermənistanın bayrağını yellədərək “erməni qurdbasanları”ndan danışır:
– Mən sizə düzünü deyim, bu itlər yer üzündə yaşayan bütün itlərin əcdadıdır!
Aparıcı isə əlavə edir:
– Bu cins az qala yer üzündən yox olacaqdı. Çünki soyqırım zamanı türklər əvvəlcə itləri öldürürdülər, sonra evlərə girib erməniləri də öldürürdülər.
Növbəti buraxılışda həmin aparıcı artıq Türkiyədədir, artıq “türk qurdbasanları”nı əzizləyir və türk it bəsləyən ilə danışır. Proqram haqqında nə deyə bilərsiz? Aparıcı pisdir? Erməni it saxlayan pisdir? Yox, biz sizinlə pisik! Oturub gözləyirik ki, dünya ictimaiyyəti bir gün deyəcək ki:
– Azərbaycanlılar erməni mahnılarını oxuyur, erməni yeməklərini yeyir, erməni xalçalarının üzərində oturur və ümumiyyətlə, bu nə millətdi axı!
Bəli, məhz belə deyəcəklər, çünki onlar erməni təxribatçılarına inanacaqlar. Çünki onlar bizdən fərqli olaraq, sakit oturmurlar və bütün cəbhələrdə çalışırlar. Və bizi necə lazımdı vururlar, artıq həqiqətin üzünə baxmaq lazımdır.
Anlayın ki, cəbhə xətti artıq çoxdan yalnız işğal edilmiş torpaqlardan keçmir, o həm də bizim mədəniyyətimizdən, tariximizdən və hətta kulinariyamızdan belə keçir.
Əgər kimsə bilmirsə dolmanı, xaşı və lavaşı qitənin yarısında hazırlayırlar, bu yeməklərsiz dil və dini eyni olan qardaş xalqların kulinariyasını düşünmək mümkün deyil? Niyə susurduz, niyə var səsinizlə irsimiz haqqında danışmırdız? Nədir Azərbaycanda tarixçi, alim, kulinar, sənətçi yoxdurmu? Nəyə görə onların lavaşa olan haqlarını bəyan etmək üçün UNESCO-ya müraciət edib, lazımi zamandan sonra lazımi sənədi almalarına qədər gözləyirdik? Cavab nə olacaq? Erməniləri internetdə təhqir etmək və Azərbaycan saytlarında qəzəbli moizələr oxumaq? Gecdir, cücələrim, qatar yola düşdü artıq!
Bu gün məni hər tərəfdən lavaşın erməni xalqının qeyri-maddi dəyəri kimi UNESCO-ya salınmasına rəy verməyimi istəyirlər. Mən milli kulinariyanın mənşəyindən dəfələrlə yazmışam və yenə də təkrar edəcəm.
Yayma çörəklər çoxsaylı xalqlara məlumdur. Şübhəsiz ki, yayma çörək insanların bişirdiyi ilk çörək olub.
Tövrətdə 12-ci bölmədə yazılıb ki, Misirdən çıxarkən özləri ilə acımış xəmir qablarını götürüblər, çörəyi isə məcburən səhrada günəşin şüasından isinmiş daşların üzərində bişirməli olublar, nəticədə “matsa” meydana gəlib. Bu fraqmentdən aydın olur ki, artıq qədim Misirdə mayalı xəmirdən çörək bişirmək və yayma çörəklərin bişirilməsi texnologiyası məlum idi.
Quyu formalı təndir – bəşəriyyətin yaratdığı ilk sobanın olduğu şübhəsizdir. Bundan sadə nə var ki? Tonqalın istisini itirməmək üçün onu divarlarla əhatə edirdilər. Rusiyada olan bacalı sobalar, Avropada olan günbəzli sobalar – bütün bunlar sonradan meydana gəlib, çünki onlar texnologiya və təcrübə tələb edirdilər. Üstündə dəlik olan soba isə ən sadə həll idi. Və bu sadə, amma həqiqətə işləyən qurğudan onlarla türk xalqı, farslar, ərəblər və Hindistan yarımadasının sakinləri istifadə edir.
Bəs, ermənilər nə düşünüblər? Heç nə! Onlar da eyni texnologiyalardan istifadə edirlər. Bu da mənim şərhim. Daha geniş şərh lazım olarsa, sakit oturub faktları və sənədləri təqdim edərək yazaram.
İndi deyin ki, bu barədə UNESCO-da danşmaq üçün yeddi arşın ağıla malik olmaq lazm idi, bizdə isə cəmi altıdır?
Onlar bunun üçün hansı sənədi, hansı sübutu təqdim ediblər? Yoxdur, ola da bilməz! Məsələn, mən istənilən yeməyimizin lap elə həmin dolma və xaş olsun, onlar barədə erməni opponentlərini ciddi müzakirəyə çağırıram, amma onların heç biri buna hazır deyil.
Amma bir dəfə milli-mədəni irs haqqında söhbət oldu. Mən şərqi musiqi alətləri barəsində məqalə yazdım, sənədlərlə tütəyin necə yayıldığını göstərdim, ermənilər onu da UNESCO-nun siyahısına salmağı çatdırıblar. Bir nəfər erməni mənimlə mübahisəyə başladı. Ən çətini mənim üçün onu təhqir etmədən, müstəqil mənbələrdən olan sənədlərə və məntiqi sübutlara istinad edərək mübahisəyə sövq etmək oldu. İki gün mübahisədən sonra o mənə yazdı:
– Türklərin və azərbaycanlıların tütək çalmamaları elə onun erməni aləti olmasını sübut edir!
Mən əminəm ki, mədəniyyət obyektinə dair sivil müzakirə hər zaman belə gülməli qurtaracaq. Biz nə vaxt anlayacayıq ki, ilk önümüzə çıxanın üzünə gülməyi, yaxşı görünmək barədə düşünməyi unutmalıyıq və anlamalıyıq ki, Azərbaycanı gələcək nəsilə necə ötürəcəyimiz bizdən asılıdır.
Düzgün başa düşün, biz bu mübahisələrə başlamamışıq, amma onlar birbaşa bizə aiddirlər. Bizim başqa çıxış yolumuz yoxdur: arxalarından əsəbiləşib tüpürmək və söymək lazım deyil, irəli getmək, qəzəbimizi göstərmək yox, mədəniyyətimizi nümayiş etdirmək lazımdır.
Dünyada neçə Azərbaycan restoranı açılıb?
Siz hardasa görmüsüz ki, menyuda “Azərbaycan dolması”, “Azərbaycan bozbaşı, xaşlaması” və s. yazılsın? Amma onlar uzun illərdir ki, bağlamada “erməni lavaşı” yazırlar.
Bu da nəticə!
Deyim sonra nə olacaq? Xeyr, mən “erməni paxlavası” və “erməni dolması”nın qeydiyyatından danışmıram.
Daha ciddi məsələlər var. Rusiya mağazalarında üzərində “Made in Arsax” yazılan mallar peyda olmağa başlayıb. Bu nədir bilirsiz?
Bu, Rusiya Federasiyasının gömrük qanunvericiliyinin pozulmasıdır. İdxal edilən hər bir malın mənbə sertifikatı olmalıdır. Malın etiketində göstərilən, istehsal ölkəsi, sertifikatda göstərilən ölkə ilə eyni olmalıdır. Əgər fərqli olarsa bu, qanun pozuntusudur.
Yəni Dağlıq Qarabağ artıq Arsax adlanır və Rusiya tərəfindən ticarət əməkdaşı kimi tanınıb? Əgər bu belə deyilsə, mən hüquqşünas olan azərbaycanlılardan soruşmaq istəyirəm: heç utanırsız? Vətənimizi qarət edirlər siz isə susursuz? Siz yalnız pul qazanacağınız işlərdən tutursuz? Ehh, sizə nə deyim!
Bizə nə deyim! Biz oturub pomidorların qiymətini düşündüyümüz zaman ayağımızın altından torpağımızı çəkirlər, milli identiklikdən məhrum edirlər, bununla da sübut edirlər ki, hələ ona layiq deyilik. Layiq deyilik, çünki öz köynəyimizi düşünürük. Yəqin ki, nəinki, zəngin azərbaycanlı özünü mesenat kimi göstərənə qədər, erməni istedadlı azərbaycanlıya daha tez yardım edər.
Bizdə istedad qıtlığıdır? Ya planetdə sayımız azdır? Rusiya teleekranına baxın, nə qədər erməni familiyası var. Erməni-Rusiya ailələri barədə seriallar, filmlər çəkirlər. Bizdə dəstəkləməyə adam yoxdur?
Yalnız Rusiyada deyil, beynəlxalq səviyyədə karyera qura biləcək müğənnimiz, aktyorumuz, rəssamımız yoxdur? Xeyr, istedadlarımız var, amma bax, milli qürurumuz azdır.
Bir sözlə, bu günü Azərbaycan mədəniyyətinin üz qarası kimi yadda saxlamağı təklif edirəm. İstəmirsiz? Onda qoy bu mənim şəxsi üz qaram olsun, mən razıyam. Üzümdəki ləkəni təmizləyənə qədər çalışacam.
Bilirsiz, bunu niyə üzərimə götürürəm? Çünki bu gün Stavropoldan Azərbaycan adı və familiyası olan biri yazıb ki:
– Azərbaycanlı olmaq dəbdə deyil, azərbaycanlı olmaq trend deyil.
Amma mən istəyirəm ki, mənim uşaqlarım, nəvələrim və bütün gələcək nəslimdə bir qram da olsa Azərbaycan qanı qalsın, qürurla “Mən azərbaycanlıyam!” desinlər”.