“Bəzi oyunçular meydandan çıxa bilərlər”…
“Bəzi oyunçular meydandan çıxa bilərlər”.
Standard&Poors reytinq agentliyinin iqtisadçısı Satyam Pandey hesab edir ki, Səudiyyə kralının vəfatı neft bazarına elə də təsir etməyib. Neftin qiymətləri tədricən sabitləşir və 2015-ci ilin sonuna qədər bir barel üçün 50-dən 60 dollara qədər artacaq.
Səudiyyə Ərəbistanının kralı Abdulla bin Əbdüləziz Al Səudun vəfatı neft bazarına təsir etməyib, amma bu, bazarın sabitləşməsinə dair obyektiv başlanğıclar mövcuddur, Standard&Poors reytinq agentliyinin iqtisadiyyatçısı Satyam Pandey (Satyam Panday) belə hesab edir.
“Gördüyümüz kimi neft bazarı geri dönür, çox asta sürətlə olsa da geri qayıdır. Heç kim bir barel üçün 90-100 dollardan danışmır, çox güman ki, 60-70 dollar olacaq”, – o, cümə axşamı Nyu-Yorkda brifinq zamanı RİA Novosti-nin suallarına cavab verərkən bildirib.
Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı kralının vəfatı neft bazarına çox təsir etməyib:
“Əgər biz spotlara deyil, fyuçerslərə baxsaq, bazarın 2015-ci ilin sonunda neftin bir barel üçün qiymətinin 50-60 dollardan ibarət olacağı gözlənilir”, – Pandey deyib.
O qeyd edib ki, bazarda gözləmələrə müvafiq olaraq, bəzi oyunçular meydandan çıxa bilərlər. Eyni zamanda ekspertin sözlərinə görə, avrozonanın inkişaf etmiş ölkələrində enerji resurslarına tələbatın artması gözlənilir.