Statistika Komitəsi: Əhalinin gəlirləri artıb

Hər nəfər ayda orta hesabla 322,7 manat əldə edib…

Hər nəfər ayda orta hesabla 322,7 manat əldə edib.

Bu ilin yanvar-aprel aylarında əhalinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,6% artaraq 12,1 mlrd. manata çatıb.

Oxu.Az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, onun hər nəfərə düşən həcmi 1 290,7 manat və ya ayda orta hesabla 322,7 manat təşkil edib. Əhalinin hər nəfərinə düşən gəlirlərin artım sürəti istehlak qiymətlərinin bahalaşmasını 1,4% bəndi üstələyərək 3,3% olub.

Bu dövr ərzində gəlirlərin 70,8%-i son istehlaka, 8,7%-i vergilər, sosial sığorta və üzvlük haqlarının, 2,4%-i kreditlər üzrə faizlərin ödənilməsinə, 18,1%-i isə əmanətlərin və kapitalın artırılmasına yönəldilib.

Əhalinin sərəncamında qalan gəlir 11 milyard manat təşkil edib və ötən ilin eyni dövrünə nisbətən 5% artıb.

www.oxu.az