Tarixdə ilk dəfə kosmik gəmi komet üzərinə enib

Kosmosdakı dəyişiklər və dünyanın başlanğıcı araşdırılacaq…

 

Kosmosdakı dəyişiklər və dünyanın başlanğıcı araşdırılacaq.

10 il əvvəl “Rossetta” kosmik zondundan kosmosa göndərilən “PHİLA” modulu komet üzərinə enib.

Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, bu tarixi gündə “PHİLA” endiyi kometdən ilk məlumatları çatdıracaq.

Əldə ediləcək məlumatlarla kosmosdakı dəyişiklər və dünyada həyatın başladığı zamanla bağlı analizlər aparılacaq.

Qeyd edək ki, “Rossetta”nın yerdən yüz milyonlarla kilometr uzaqlıqdakı bu cismə çatması 10 ildən çox bir müddət çəkib. Və kosmik gəmi 7 milyard kilometrdən çox məsafə qət edib.

 

 

/Oxu.az