Cənubi Qafqazda sülhün bərqərar olması üçün ilk növbədə Ermənistan Azərbaycan torpaqlarını işğaldan azad etməlidir…
Cənubi Qafqazda sülhün bərqərar olması üçün ilk növbədə Ermənistan Azərbaycan torpaqlarını işğaldan azad etməlidir. Trend-in məlumatına görə, bu sözləri Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş bəyanatında bildirib. Məlumatı “Sondakika ” internet qəzeti verib.
C.Çiçəyin sözlərinə görə, Ermənistan 20-ci əsrin ən böyük soyqırımını Dağlıq Qarabağda törədib: “Ermənistanın soyqırım siyasəti nəticəsində 22 il əvvəl 600-dən çox dinc əhali qətlə yetirilib və yüz minlərlə Azərbaycan türkü öz yurd-yuvalarından çıxarılıb “.
TBMM sədri onu da qeyd edib ki, Türkiyə Xocalı soyqırımının törədilməsini şiddətlə qınayır.
/Trend/