“The Telegraph”: Avropada millətçilik güclənəcək

“Müsəlmanlar digərlərindən fərqli olaraq heç bir halda dinlərinin ələ salınması ilə barışa bilmirlər”…

“Müsəlmanlar digərlərindən fərqli olaraq heç bir halda dinlərinin ələ salınması ilə barışa bilmirlər”.

Fransada terrorçuların “Charlie Hebdo” satirik jurnalının redaksiyasına hücumu və bunun nəticəsində 12 nəfərin ölməsi dünyanın aparıcı KİV-də əsas müzakirə mövzusuna çevrilib. 

Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, Böyük Britaniyanın “The Telegraph” nəşri Parisdə törədilən terror aktından sonra Parisdə millətçiliyin güclənəcəyini bildirib.

Nəşr bildirib ki, Fransada başlayacaq anti-İslam millətçiliyi bir müddətdən sonra Avropa Birliyi ölkələrində fəaliyyət göstərən millətçi təşkilatlara təkan verəcək.
Məşhur KİV orqanı müqayisə üçün Almaniyada fəaliyyət göstərən və  Avropanın islamlaşmasına qarşı çıxan radikal PEGİDA qrupunu nümunə gətirib.  

Nəşr onu da bildirib ki, “Charlie Hedbo” jurnalının redaksiyasına hücumun gözlənilən olduğunu da vurğulayıb: “Çünki müsəlmanlar xaçpərəst və yəhudilərdən fərqli olaraq heç bir halda dinlərinin ələ salınması ilə barışa bilmirlər”,deyə yazılıb.  

Qeyd edək ki, yanvarın 7-də  üç terrorçunun hücumu zamanı jurnalın baş redaktoru Stefan Şarbonye də daxil olmaqla 10 jurnal əməkdaşı və daha 2 polis nəfəri həlak olub. Terrorçuların əslən əlcəzairli qardaşlar Səid və Şərif Kaşidir.  Üçüncü terrorçu Hamid Muradın hadisədən sonra polisə təslim olduğu bildirilir.

www.oxu.az