İslam Konfransı Gənclər Forumunun və Ukrayna Azərbaycanlı Gənclər Birliyinin təşəbbüsü ilə Ukraynada elan olunmuş “Xocalı ayı ” çərçivəsində Nikolayev şəhərində Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.
Ukrayna Azərbaycanlı Gənclər Birliyindən şənbə günü Trend-ə bildiriblər ki, anım mərasimində Trend Beynəlxalq İnformasiya Agentliyinin çəkdiyi “Sözün bitdiyi zaman ” filminə baxmaqla ermənilərin son iki əsrdə Azərbaycan xalqına qarşı həyata keçirdikləri soyqırım və işğalçılıq siyasəti ilə tanış olublar… Trend.