Azərbaycan BMT TŞ-nin Dağlıq Qarabağa dair qətnamələrinin tətbiqi mexanizminin olmasını vacib sayır

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Meksikada keçirilən G-20 ölkələrinin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə çıxışı zamanı BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələrinin icra olunmamasından təəssüfləndiyini bildirib.
Trend-in XİN-in mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, təhlükəsizlik məsələlərinə toxunan Məmmədyarov bu sahədə qəbul edilən qərarların tətbiq edilmə mexanizminin də olmasının vacibliyini qeyd edib. Nazir bildirib ki, BMT TŞ-nin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 4 qətnamə qəbul etməsinə baxmayaraq, bu qətnamələrin tətbiq mexanizminin olmamasının xoşağəlməz təcrübə olduğunu xatırladıb.
Məmmədyarov BMT TŞ-nin öz qərarlarına hörmətlə yanaşmasının vacib olduğunu qeyd edərək, qərarların tətbiq mexanizminin də yaradılmasının mühümlüyünü vurğulayıb… Trend.