2010-cu ildə hazırlanan “Sözün bitdiyi zaman ” sənədli filmi ermənilərin törətdikləri cinayətlərdən bəhs edir və Dağlıq Qarabağ münaqişəsinin reallıqlarını əks etdirir…
2010-cu ildə hazırlanan “Sözün bitdiyi zaman ” sənədli filmi ermənilərin törətdikləri cinayətlərdən bəhs edir və Dağlıq Qarabağ münaqişəsinin reallıqlarını əks etdirir.
Sənədli film Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun layihəsi çərçivəsində Trend Beynəlxalq İnformasiya Agentliyi tərəfindən hazırlanıb.
Filmin əsas süjet xətti uzun illər ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırım siyasətinin tarixi xronologiyasına həsr olunub. Film erməni vandalizminin son mərhələsi olan Dağlıq Qarabağın işğalı zamanı ermənilər tərəfindən törədilən vəhşiliklərdən bəhs edir. Filmdə ermənilərin törətdikləri vəhşiliklərin şahidi olan insanların fikirləri yer alıb.
Ermənilərin sülh və insanlığa qarşı törətdikləri cinayətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün filmin rus və ingilis dillərində versiyası da var.
Filmin məqsədi ermənilər tərəfindən xalqımıza qarşı aparılan soyqırım siyasətini və Azərbaycanın haqq səsini dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır.
Bu filmin Türkiyənin TRT AVAZ telekanalında təqdimatı olub. Fransa, Ukrayna, Türkiyə və digər ölkələrdə nümayiş etdirilib. 2010-cu ildə Ukrayna Azərbaycanlıları Konqresi erməni vandalizminin dünya ictimaiyyətinə çatdırılmasında aktivlik nümayiş etdirdiyinə görə Trend İnformasiya Agentliyini fəxri diplomla təltif edib.
/Trend/