“Biz Avropanın ayrılmaz hissəsiyik”…
“Biz Avropanın ayrılmaz hissəsiyik”.
Avropa İttifaqına daxil olmaq Ankara üçün strateji məsələdir.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Türkiyədə səfərdə olan İtaliyanın baş naziri Matteo Rentsi ilə birgə mətbuat konfransında türk hökumətinin başçısı Əhməd Davudoğlu bildirib.
“Şəraitlərin dəyişməsindən asılı olmayaraq, Türkiyə üçün Aİ-yə üzvlük starteji məsələdir. Biz Avropanın ayrılmaz hissəsiyik və bu məqsəd gündəlikdə qalacaq”, – deyə, Davudoğlu bildirib.
O həmçinin əlavə edib ki, iqtisadi böhran başlayandan Türkiyə 6 milyon iş yeri yaradıb, Avropa İttifaqı isə elə bu qədər iş yeri itirib.
Türkiyəli baş nazirin sözlərinə görə, ölkəsi Avropa İttifaqına daxil olsa idi, Avropa əmək bazarı daha balanslaşdırılmış ola bilərdi.
Onun sözlərinə görə, türk iqtisadiyyatı Avropa iqtisadiyyatının bir hissəsidir, “biz eyni qayıqdayıq”.
“Aİ Türkiyə ilə daha güclü olacaq, bizim ittifaqa daxil olmamız hər kəs üçün faydalı olardı”, – deyə, Davudoğlu vurğulayıb.
Öz növbəsində Matteo Rentsi bildirib ki, İtaliya Türkiyəyə Aİ-yə daxil olmaqda dəstək göstərəcək.