Türkiyə Azərbaycana dəniz nəqliyyatı üzrə birgə müəssisə yaratmağı təklif etdi

“Bu mövzuda bəzi müsbət addımlar atıldı”…

“Bu mövzuda bəzi müsbət addımlar atıldı”.

Bizim üçün problem təşkil edən Xəzər dəniz daşımalarının daha nizamlı hala gətirilməsi və sərfəli səfər sistemlərinin yaradılması istiqamətində Azərbaycanla əhatəli görüşlərimiz, müzakirələrimiz oldu.

Oxu.Az türk mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiyalar naziri Lütfi Əlvan Xəzərdə dəniz daşımalarının sistemləşdirilməsi və təkmilləşdirilməsi məsələsini şərh edərkən bildirib.

Onun sözlərinə görə, “Azərbaycan bu mövzuda bəzi konkret addımlar atdı, önümüzdəki dövrdə də atacaq”.

Nazir bildirib ki, “biz Azərbaycana ortaq bir şirkət qurmağı, səhmdar və tərəf kimi çıxış etməyi təklif etdik. Bu mövzuda bəzi müsbət addımlar atıldı. Xəzərdə daşınmaların sayı artdı. Qars-Tbilisi-Bakı xətti istismara verildikdən sonra bu daha çox intensivləşəcək”.

www.oxu.az