306 deputat hökuməti dəstəkləyib…
306 deputat hökuməti dəstəkləyib.
Bu gün Türkiyə Böyük Millət Məclisində hökumətə etimad səsverməsi keçirilib.
Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, müxalifət liderlərindən yalnız Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı iclasa qatılıb.
Baş nazir Əhməd Davudoğlu və nazirlərin iştirak etdiyi iclasda 439 deputatdan 306 nəfər hökuməti dəstəkləyib. Bununla da Ə. Davudoğlunun rəhbərlik etdiyi hökumət parlamentdə etimad səsverməsindən keçib.
Səsvermədən sonra Ə. Davudoğlu çıxış edərək hökumətə etimad göstərdikləri üçün deputatlara təşəkkürünü bildirib.