Türkiyə səfiri TANAP-dan danışdı

“Bu, asan iş deyil”…

“Bu, asan iş deyil”.

TANAP layihəsi plana uyğun addım-addım irəliləyir.

Oxu.Az-ın məlumatına əsasən bunu Türkiyənin Azərbaycandakı səfiriİsmayıl Alper Coşkun jurnalistlərə açıqlamasında deyib. 

“Bilirsiz ki, Türkiyədə layihə ilə bağlı lazımi işlər aparılır, boru yerləri müəyyən olunub. Türkiyə “Şahdəniz”lə bağlı işlər və Azərbaycandan Türkiyəyə gedən boru kəmərinin genişləndirilməsinə paralel olaraq TANAP-la da bağlı birgə işləri davam etdirir. Bu, asan iş deyil, çünki sinxronlaşdırma tələb olunur. Bütün işlərin zamana uyğun aparılmasına ehtiyac var. Böyük ümidlə söyləyə bilərəm ki, işləri uğurla yerinə yetiririk”, – deyə səfir bildirib. 

İsmayıl Alper Coşkunun sözlərinə görə, bir zamanlar Bakı-Tbilisi-Ceyhan layihəsi də reallaşdırıla bilməyəcək bir ümidsiz xəyal kimi idi.

“Lakin hazırda bu, reallaşdırılmış uğurlu layihədir. TANAP-ın da uğurlu layihə olmasına çalışacağıq,” – deyə o qeyd edib. 

www.oxu.az