Türkiyədən ermənilərə qarşı daha bir – TƏKLİF

Nazirlik təklifi yüksək qiymətləndirib…

Nazirlik təklifi yüksək qiymətləndirib.

Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğanın aprelin 24-ü “erməni soyqırımı” günü ilə əlaqədar verdiyi başsağlığı mesajından sonra ermənilərlə bağlı daha bir layihə üzərində işlənilir. 

Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, Türkiyə mətbuatının verdiyi məlumata görə, layihədə 1915-ci il hadisələri zamanı Osmanlı torpaqlarından köçmək məcburiyyətində qalan, o dövrün tələblərinə uyğun olaraq Türkiyə Cumhuriyyəti vətəndaşlığını ala bilməyən və dünyasını dəyişən ermənilərin nəvələrinə vətəndaşlıq hüququnun verilməsi məsələsi nəzərdə tutulub.

Bu məsələ ilk dəfə yanvar ayında “Ankara Düşüncəyə Azadlıq Təşəbbüsü” təşkilatının keçirdiyi toplantıda müzakirə olunub. Yığıncaqda qeyd edilib ki, dünyanın müxtəlif ölkələrində yaşayan, Osmanlı imperiyası dönəmində köç etmiş və ya köç etmək məcburiyyətində qalmış Osmanlı vətəndaşı olan ermənilərin nəvələrinə Türkiyə Cümhuriyyətinin şəxsiyyət vəsiqəsi və pasportu verilməlidir.

Daha sonra bu təklif Xarici İşlər Nazirliyinə də göndərilib. Nazirlik təklifi yüksək qiymətləndirib. Nazirlik rəsmiləri Türkiyə vətəndaşlığını qəbul etmək istəyən ermənilərin istəyinə müsbət cavab veriləcəyini və bu məsələ üzərində iş getdiyini bildirib.

www.oxu.az