Türkiyənin Avropa Birliyi naziri: “Bütün platformalarda qardaş Azərbaycanın mənafeyini müdafiə edəcəyimə əmin ola bilərsiniz”

“Bu vəzifəyə qardaşınız gəlib”. Bu sözləriAPA-nın Türkiyə təmsilçisi ilə söhbətində Türkiyənin Avropa Birliyi naziri Volkan Bozkır deyib…

“Bu vəzifəyə qardaşınız gəlib”. Bu sözləriAPA-nın Türkiyə təmsilçisi ilə söhbətində Türkiyənin Avropa Birliyi naziri Volkan Bozkır deyib.

 

“Siz uzun illərdən bəri Türkiyə-AB münasibətləri sahəsində işləyən diplomat və siyasətçisiniz. Sizcə, bir neçə il əvvəl olduğu kimi, Ermənistanla sərhədin açılması üçün AB yenidən Türkiyəyə təzyiq göstərəcəkmi?” – sualını cavablandıran yeni nazir bildirib ki, təzyiqlərin hamısı geridə qalıb: “Bundan sonra heç bir təzyiq bizim üzərimizdə təsirli ola bilməz. Unutmayın ki, indi AB naziri kreslosunda bir qardaşınız oturub. Bütün platformalarda qardaş Azərbaycanın mənafeyini də müdafiə edəcəyimə əmin ola bilərsiniz”.

 

APA-nın “Azərbaycan torpaqları uzun müddətdən bəri işğal altında olmasına baxmayaraq, Ermənistan yenə işğalçılıq siyasəti yeritməyə həvəslənir. Buna qarşı AB-də sizin atacağınız hansı addımlar olacaq?” – sualına nazir belə cavab verib: “Biz Ermənistanın işğalçılıq siyasətini onun özünə qarşı  təzyiq vasitəsinə çevirməliyik. Bir neçə gün keçsin, nazirliyimdə işlərin hansı mərhələdə qaldığına baxım, ondan sonra planlarımızı sizinlə bölüşəcəyəm. Əmin ola bilərsiniz ki, bundan sonra Türkiyəyə heç bir təzyiq göstərilə bilməyəcək, əksinə, Türkiyə özü təzyiq göstərən ölkə olacaq”.

 

Qeyd edək ki, istefada olan fövqəladə və səlahiyyətli səfir Volkan Bozkır Türkiyənin AB-dəki daimi təmsilçisi vəzifəsində çalışıb. 12 iyun 2011-ci ildə Ədalət və İnkişaf  Partiyasından İstanbul millət vəkili seçilən Bozkır, 29 avqustda AB naziri təyin edilənə qədər Türkiyə Böyük Millət Məclisi Xarici Əlaqələr Komissiyasının sədri olub.

 

/apa/