TürkPA-da sədrlik Azərbaycana keçib

İclasda sədr Cəmil Çiçək çıxış edərək, ölkəsinin sədrliyi dövründə TürkPA-nın fəaliyyətindən danışıb…

İclasda sədr Cəmil Çiçək çıxış edərək, ölkəsinin sədrliyi dövründə TürkPA-nın fəaliyyətindən danışıb.

Türkdilli ölkələrin Parlament Assambleyasında (TürkPA) sədrlik Türkiyədən Azərbaycana keçib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, sədrliyin təhvil verilmə mərasimi bu gün Bakıda keçirilən TürkPA Şurasının iclasında baş tutub.

İclasda Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək çıxış edərək, ölkəsinin sədrliyi dövründə TürkPA-nın fəaliyyətindən danışıb. Daha sonra sıra ardıcıllığına uyğun olaraq sədrliyin Azərbaycana keçdiyini elan edib. Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov isə çıxış edərək sədrliyin qəbul edildiyini bildirib.

Qeyd edək ki, TürkPA-ya 4 ölkə – Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan daxildir.

www.oxu.az