Ukrayna MDB-ni tərk etməyə hazırlaşır

Layihə rəhbərlərindən biri Yuliya Timoşenkodur…

Layihə rəhbərlərindən biri Yuliya Timoşenkodur.

Ali Radada Ukraynanın Müstəqil Dövlətlər Birliyinin (MDB) təşkilatlarında üzvlüyünü və iştirakını dayandıran qanun layihəsi qeydiyyatdan keçib.  

Oxu.Az xəbər verir ki, bu barədə noyabrın 27-də parlamentin saytında bildirilib.

Sənədlərin müəllifi on deputatdır: “Batkivşina” partiyasının lideri Yuliya Timoşenko, eyni partiyanın üzvləri Boris Tarasyuk, İvan Krulko, İqor Jdanov, Alena Şkrum, Andrey Komejyakin, Sergey Yevtuşok, “Petr Poroşenko bloku” nümayəndələri – Ukrayna prezidentinin krım-tatar xalqları ilə iş üzrə müşavirləri Mustafa Cəmilev və deputat Valeri Paskan, eləcə də “Xalq cəbhəsi” partiyasından deputat Vyaçeslav Kirilenkodur. Qanun layihəsinin mətni hələ açıqlanmayıb.  

Noyabrın 14-də Ukrayna Nazirlər Kabineti Rusiya, MDB və Avrasiya İqtisadi İttifaqı ilə əməkdaşlıq üzrə müşavir vəzifəsini ləğv edib. Bu zamana qədər Ukrayna prezidenti Petr Poroşenko MDB-nin İcraçı Komitəsindən ölkənin nümayəndəsi Anatoli Dronyanı geri çağırıb.

Cari ilin oktyabr ayında Ali Radanın müzakirəsinə MDB-nin yaradılmasına dair razılaşmanın dayandırılması üçün qanun layihəsi çıxarılıb. O zaman layihə təşəbbüsü “Svoboda” partiyasından gəlmişdi.

Ukrayna 1991-ci ilin dekabr ayının 10-dan MDB-nin təsisçi ölkələrindəndir. Eyni zamanda Ukrayna hakimiyyəti MDB-nin nizamnaməsini qəbul etməyib, ona görə də MDB-nin iştirakçısı hesab edilə bilməz. Narıncı inqilaba qədər Ukraynanın MDB-də statusu məsələsi nəzərdən keçirilməyib. Viktor Yuşenko prezident seçildikdən sonra Ukraynanın MDB-nin tərkibindən çıxması və sonradan NATO və Aİ-yə daxil olmaq barədə bəyanatlar eşidilməyə başladı.

www.oxu.az