Ukrayna prezidentini vurmaq istəyən azərbaycanlı snayper məhv edildi

Hüseynlinin meyiti evinə göndərilib…

Hüseynlinin meyiti evinə göndərilib.

Ukraynada qondarma “Donetsk Xalq Respublikasının” tərəfində döyüşən azərbaycanlı muzdlu-snayper Ramil Hüseynli öldürülüb.

Ukrayna KİV-in məlumatına görə, Hüseynli “Ukrayna partizanları tərəfindən işğal olunmuş Novoazovskda” vurulub.

Hələ ötən ilin oktyabrın 13-də Hüseynli Ukrayna prezidenti Pyotr Poroşenkoya “salam” göndərərək, onu əşyalarını yığmağa və “benderovların” yanına getməyə səsləyirdi.

Qeyd edək ki, bundan əvvəl ukraynalı əsgərlər daha bir azərbaycanlını – speratçıların tərəfində vuruşan Elvin Seyidovu əsir götürüblər.

 

/Oxu.az/