Ukraynada atışma başladı: Ölənlər var

Şəhərdə mobil rabitə işləmir…

Şəhərdə mobil rabitə işləmir.

Ukraynanın şərqində yerləşən Slavyansk şəhərində atışma başlayıb.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, Rusiya saytlarının verdiyi məlumata görə, şəhərdə özünümüdafiə qüvvələrinin bir neçə postu atəşə tutulub.

Hazırda şəhərin kənarında döyüşlər gedir. Ölən və yaralananların olduğu bildirilir.

Şəhərdə mobil rabitə işləmədiyindən orada baş verənlər barədə ziddiyyətli məlumatlar yayılmaqdadır. 

www.oxu.az